Direktoru tələbəyə "şamtutan" deyən kollecdə yoxlamalara başlanıldı

Direktoru tələbəyə "şamtutan" deyən kollecdə yoxlamalara başlanıldı
Onlayn imtahan zamanı tələbəni təhqir edən Nərmin Qaralovanın direktoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecində yoxlamalara başlanılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, artıq Təhsil Nazirliyi tərəfindən kollecdə araşdırmalarla bağlı komissiya yaradılıb.

Komissiya tərəfindən kollecdə pozuntu halları və korrupsiya faktlarının olub-olmadığı, eləcə də əvvəlki rəhbərliyin dövründə təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl distant formada keçirilən imtahan zamanı N.Qaralovanın xanım tələbəni "şamtutan" ifadəsi ilə təqdim etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

N.Qaralova isə tələbəni təhqir etmədiyini və həmin ifadəni təhqir mənasında işlətmədiyini bildirib. O, həmin ifadənin mənasını qədim Yunanıstanda dərs keçirilən məkanın işıqlandırılması üçün tələbələrdən birinin şam tutmağa təhkim olunması ilə əlaqələndirib və qeyd edib ki, bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub.

Daha sonra məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və ondan izahat alınıb. N.Qaralova işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Onunla bağlı inzibati tənbeh tədbiri görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...