İcra hakimiyyəti yol təmirinə - YARIM MİLYONDAN ÇOX PUL XƏCLƏYƏCƏK

İcra hakimiyyəti yol təmirinə -

İsmayıllı rayon İcra Hakimiyyəti yol çəkilişi üçün tenderin qalibini açıqlayıb. Bizimxeber.az bildirir ki, tenderi "Parlaq-N" MMC-nin 1 saylı filialı əldə edib. İcra hakimiyyəti İsmayıllı şəhərində şəhərdaxili yolların əsaslı təmiri üçün "Parlaq-N" MMC-yə 657 min manat ödəyəcək. Məlumat üçün bildirək ki, uzun illərdir İsmayıllı rayonunda ən böyuk tenderləri bu şirkət qazanır.

Bizimxeber.az bildirir ki, şirkət 2018-ci ildə 100 yerlik uşaq bağçasının tikintisinə 4,4 mln. manat tender əldə etmişdir. "Parlaq-N" MMC-nin rəhbərinin kimliyi və şirkət barədə heç bir açıqlama əldə etmək mümkün deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
267 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...