Qaradağ Gənclər və İdman İdarəsində nə baş verib? - Baş məsləhətçi vətəndaşdan külli miqdarda pul alıb

Qaradağ Gənclər və İdman İdarəsində  nə baş verib? -
Bakı Şəhər Gənclər və İdman İdarəsinin balansında olan Qaradağ Rayon Gənclər və İdman İdarəsində baş məsləhətçinin vətəndaşdan pul alaraq qaytarmaması ilə bağlı ciddi ittihamlar gündəmə gəlib.

Bizimxeber.az bildirir ki, redaksiyaya edilən müraciətdə qeyd olunur ki, idarənin baş məsləhətçisi İlqar Qasımov tədbirlər keçirmək və müxtəlif işlərin görülməsi üçün vətəndaşdan külli miqdarda pul alaraq qaytarmayıb.

Bildirilir ki, məsələ Qaradağ Polis İdarəsinə kimi gedib çıxıb.

Belə ki, Qaradağ Rayon Gənclər və İdman İdarəsinn baş məsləhətçisi İlqar Qasımov, "tədbirlər üçün pul lazımdır" adı ilə vətəndaşdan dəfələrlə borc pul alıb.

O, hər dəfə bildirib ki, baş idarədən pullar tədbirlərdən sonra verilir: "Bizə pul lazımdır ki, tədbirləri keçirək və sonra idarədən veriləndə qaytaraq".

İddia olunur ki, vəıtəndaşa qaytarılmayan pulun məbləği 70 min manatdan artıqdır.

Qaradağ Gənclər və İdman İdarəsində  nə baş verib? -


İlqar Qasımov pulları tədbirlər keçirmək adı altında istəyib. O, uzun illər ərzində bu fəaliyyəti davam etdirib və nəticədə vətəndaşla aralarında 70 min manatdan artıq borc yaranıb. Bu borcun qaytarılmaması səbəbindən vətəndaş hüquq mühafizə orqanlarına müraciət edərək məsələnin hüquqi tərəfini araşdırmasını tələb edib.

Qaradağ Polis İdarəsi tərəfindən məsələ ilə bağlı araşdırmalar aparılıb.

Məlumat üçün bildirək ki, bu cür maliyyə qanunsuzluqları, xüsusilə də dövlət strukturlarında baş verdikdə, dövlət xidmətlərinin şəffaflığına və vətəndaşların etibarına ciddi zərər vurur. İttiham olunan şəxslərin məsuliyyətə cəlb olunması, pulların qaytarılması və büdcə vəsaitlərinin düzgün istifadə olunması ilə bağlı tədbirlərin görülməsi, dövlət strukturlarında şəffaflığın və vətəndaşların hüquqlarının qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, vətəndaş müraciətində bildirir ki, Qaradağ Rayon Gənclər və İdman İdarənin rəisi Elçin Abbasovla görüşüb və onu baş məsləhətçisinin əməlləri barədə məlumatlandırıb. Elçin Qasımov isə hadisə barədə məlumatsız olduöğunu, araşdırdacağnı bildirib.

Qaradağ Rayon Gənclər və İdman iarənin rəisi Elçin Abbasov

Qaradağ Gənclər və İdman İdarəsində  nə baş verib? -


Pulunu tələb edən vətəndaş isə bildirir ki, İlqar Qasımovun ona 70 min manatdan artıq borcu olduğunu faktlarla təsdiqləməyə hazırdır. O, əlində sübutlar, səs yazıları, whatsapp yazışmaları olduğunu və burda onun borclu olduğu açıq qeyd olunur.

Yəqin ki, Gənclər və İdman naziri Fərid Qayıbov da baş verənlərin araşdırılmasına maraqlı olacaq və içtimaiyyətə ətraflı məlumat veriləcək.

***

Haqqında səslənən iddialara münasibət bildirən Qaradağ Rayon Gənclər və İdman İdarəsinn baş məsləhətçisi İlqar Qasımov faktı təsdiqləyib. O, belə bir halın olduğunu və polisdə ifadə verdiyini deyib: "Bu mülki məsələdir. Bəli, belə bir borc məsələsi olub, polisə çağırılmışam və ifadəmi vermişəm. Bu mənimlə qarşı tərəfin məsələsidir".

Bizimxeber.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
316 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...