"32 baş xırda buynuzlu heyvanımı, 9200 manat pulumu mənimsəyib" - Gədəbəy sakinindən Maliyyə İdarəsinin rəisinə qarşı ŞOK İTTİHAM

"32 baş xırda buynuzlu heyvanımı, 9200 manat pulumu mənimsəyib" - Gədəbəy sakinindən Maliyyə İdarəsinin rəisinə qarşı
Gədəbəy rayon sakini İsmayılov Elfan Rövşən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Şəmkir polisi ona qarşı həyata keçirilən cinayət işinin üstünün açılmaması üçün əlindən gələni edir.

“Mən, İsmayılov Elfan Rövşən oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

İllərdir çobanlıq edib, ailəmi saxlayıram. Gədəbəy rayonu, Hacılar kənd sakini, Gəncə Regional Maliyyə İdarəsinin inspektoru işləyən Əliyev Rafiq Vaqif oğlu vəzifəsində sui-istifadə edərək, məni 3 il qeyri-rəsmi işlədib. Buna baxmayaraq, hələ 32 baş xırda buynuzlu heyvanımı və 9200 manat pulumu da mənimsəyib.

Müvafiq qurumlar bu işə laqeyd yanaşır. Hansı ki, Rafiq Əliyev evimə gələrək, yoldaşımı təhqir və təhdid edib, evdə olan 9200 manat pulu götürüb.

İşlədiyim 3 il müddətində də mənim zəhmət haqqımı verməyib.

Şəmkir Polis Şöbəsinə məlumat vermişəm, bütün hadisəni danışmışam. Heç bir nəticə yoxdur. Üstəlik, Şəmkirin prokuroru da cinayətkarın adının hallanmamasına çalışır.

Sizdən xahiş edirəm, müaricətimi işıqlandırın, bəlkə aidiyyəti qurumlar bu qanunsuzluqla bağlı tədbir görə".
"32 baş xırda buynuzlu heyvanımı, 9200 manat pulumu mənimsəyib" - Gədəbəy sakinindən Maliyyə İdarəsinin rəisinə qarşı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...