100-dək məktəbli dəm qazından zəhərlənib

100-dək məktəbli dəm qazından zəhərlənib

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Çuy vilayətindəki kəndlərin birində baş verib.

VII-VIII siniflərin şagirdləri məktəbin idman zalında rəqs meydançası hazırlayıblar. Elektrik enerji kəsildiyindən onlar generatordan istifadə etmək qərarına gəliblər, nəticədə idman zalına dəm qazı dolub.

Qırğızıstan Səhiyyə Nazirliyindən bildiriblər ki, 6 nəfərin vəziyyəti ağır kimi dəyərləndirilir. Onlar hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilir ki, xəstəxanaya gətirilən 75 nəfərdən dördü müəllimdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...