“DəmirBank” mənimsəmədə təqsirləndirilən sabiq filial müdiri ilə bağlı açıqlama yayıb

“DəmirBank” mənimsəmədə təqsirləndirilən sabiq filial müdiri ilə bağlı açıqlama yayıb

“Artıq uzun müddətdir ki, DəmirBank-ın sabiq filial müdiri Fərəh Rəşadətli və bir qrup şəxs ilə bağlı məhkəmə prosesi davam edir. DəmirBank 28 illik tarixi ərzində hər zaman qanun çərçivəsində fəaliyyət göstərib, bütün müştərilərin hüquqlarını qorumağa çalışmış və bununla yüz minlərlə müştərinin etimadını qazanıb. İstintaq başlandığı gündən Bank rəhbərliyi tərəfindən Bankın əməkdaşlıq etməyə hazır olduğu bildirilib və hüquq mühafizə orqanları tərəfindən tələb olunan bütün proseslərdə iştirak edilib”.

APA-nın xəbərinə görə, bu barədə “DəmirBank”ın sabiq filial müdiri Fərəh Rəşadətli ilə bağlı yaydığı açıqlamada bildirilir.

Açıqlamada qeyd olunub ki, proses başladığı müddətdən qanun çərçivəsində istənilən məlumatların açıqlanmasına Bank tərəfindən heç bir qadağa qoyulmamış və gələcəkdə də qoyulmayacaq: “Yol verilmiş qanun pozuntuları nəticəsində məhkəmə proseslərində iştirak edən şəxslərdən kənar heç bir Bank müştərisinin hüququ pozulmayıb, hesablarına müdaxilə edilməyib. Bununla yanaşı zərərçəkmiş qismində çıxış edən Banka dəyən maddi-mənəvi və imic zərərinə görə Bankın nümayəndəsi tərəfindən təqsirləndirilən şəxslərə qarşı məhkəmə iddiası qaldırılıb.

Zəngin tarixə malik DəmirBank, Azərbaycanın aparıcı banklarından biri olmaqla, hazırda ölkə üzrə bir çox regionları əhatə etməklə geniş xidmət şəbəkəsinə malikdir. Hazırda DəmirBank-ın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya Maliyyə Təşkilatı kimi beynəlxalq maliyyə institutları yer alır”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Fərəh Rəşadətli, Fariz Qarayev və Tamamgül Xanlarovanın cinayət işi üzrə məhkəmə iclası keçirilir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın 3 milyon manatdan çox olduğu bildirilir. Məhkəmədə F. Rəşadətli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib. F. Rəşadətli məhkəmə zalında həbs edilib.


Qeyd edək ki, F. Rəşadətli “Dəmirbank”ın filial müdiri olub, T. Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F. Qarayev isə bankın əməkdaşı olub. F. Rəşadətli mənimsəmə, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
992 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...