"102"yə zəng etdi, qarşısına çıxan hər kəsi öldürəcəyini dedi - Həbs edildi

"102"yə zəng etdi, qarşısına çıxan hər kəsi öldürəcəyini dedi -

DİN-in "102" xidməti - əng mərkəzinə zəng edib, nalayiq ifadələr işlədən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1972-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş Cəlal Cavadov (ad-soyad şərti) şəxsi məsələsi ilə bağlı "102"yə zəng edərək, nalayiq ifadələr işlədib, polis əməkdaşlarını döyəcəyini, qarşısına çıxan hər kəsi və özünü öldürəcəyini bildirib.

Cəlal Cavadov Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, 20 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...