ADAU-da həbslər necə sonuclanacaq?

ADAU-da həbslər necə sonuclanacaq?
"Cənab Prezident, ADAU-da aparıcı vəzifələri qəsb etmiş məlum bir qrup şəxs əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək qanuna zidd əməllərlə məşğuldur. Bu şəxslər aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar" GUNDEMİNFO.AZ-a Aqrar Universitetdən daxil olan müraciətdə bu cümlələr qeyd edilib.

Müraciətdə daha sonra bildirilir ki, son dövrlərdə mətbuada gedən silsilə şikayət və müraciətlərdən aydındır ki, Azərbaycan Dövlət Aqrar Universitetində rüşvətxorluq, özbaşınlaıqlar və anarxiya baş alıb gedir.

Biz bu barədə dəfələrlə müraciət etmişik, kütləvi informasiya vasitələrində həyəcan təbili çalmışıq. Lakin kənd təsərrüfatı nazirliyi, eləcə də universitet rəhbərliyi tərəfindən heç bir tədbir görülmədi. Nəticədə bu gün həmin rüşvətxorlardan biri Baytarlıq fakültəsinin dekanı, professor Famil Nəsibov universitetdə korrupsiyaya qarşı aparılan əməliyyatlar çərçivəsində həbs olundu. Famil Nəsibov əslən göyçəlidir. Xaçmaz Rayon İcra Başçısı Elnur Rzayevlə dayıoğlu, bibioğludur. Elnur Rzayevin digər qardaşı Bayandur Rzayev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisidir. Bütün bu göyçəliləri İnam Kərimov ətrafına yığıb. Famil Nəsibov həm də ADAU-nun yeni rektor əvəzi Zəfər Qurbanovun yaxınıdır.

GUNDEMİNFO.AZ-a yazan professor müəllim heyəti adından Murad Tağıyev adlı şəxs məktub ünvanlayıb.

"Dəfələrlə mətbuatda "Aqrar iqtisadiyyat" fakültəsinin dekanı Asəf Hacıyevin, "Baytarlıq təbabəti və zoomühəndislik" fakültəsinin dekanı Famil Nəsibovun, "Maliyyə və iqtisadi nəzəriyyə" kafedrasının müdiri, professor Məhərrəm Hüseynovun, “Kənd təsərrüfatı texnikası” kafedrasının müdiri Aydın İsayevin, “Yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasının sabiq müdiri Ayaz Həsənovun, "Aqronomluq" fakültəsinin dekanı Məhərrəm İsmayılovun, “Kənd təsərrüfatı texnikası” kafedrasının sabiq müdiri Nazim Nadirovun, "Ekologiya" kafedrasının müdiri Musa Bayramovun cinayətləri və korrupsiya əməlləri haqqında geniş yazılar getmişdir. Universitet rəhbərliyi bunlarla bağlı tədbir görmədiyinə görə daxil olan şikayətlər əsasında universitetdə korrupsiya ilə bağlı əməliyyat keçirilmişdir. Nəticədə adları çəkilən əməkdaşlardan Famil Nəsibov bu gün saxlanılmışdır. Amma biz xahiş edirik ki, adları yuxarıda qeyd olunan yoldaşların da fəaliyyəti yoxlanılsın, onların da korrupsiya əməlləri ifşa olunsun. Bu şəxslər elmdən uzaq olmalarına baxmayaraq rüşvətxorluqla geniş şəkildə məşğul olurlar" deyə qeyd edilir müraciətdə.

Daha sonra iddia olunur ki, Nazim Nadirov universitetdə kafedra müdiri işlədiyi dövrdə maşın trakor parkını tamamilə satıb dağıtdı. Tələbələrdən külli miqdarda rüşvət yığdı. Rektor əvəzi Zəfər Qurbanovun yanında iclas zamanı öz kafedra yoldaşı, professor Qurban Əliyev bu şəxsi elmdən bixəbər,alverçi və rüşvətxor kimi xarakterizə etdi. Bu adam İnam Kərimov tərəfindən göyçəli olduğu üçün Aqromexanika Elmi Tədqiqat İnstitutuna direktor təyin olunmaq üzrədir. Digər tərəfdən Nazim Nadirov keçmiş icra başçısı Elmar Vəliyevin də qohumudur. Belə ki, Nazim Nadirovun bibisi Hərbi Prokuror Xanlar Vəliyevin həyat yoldaşıdır.

Media vasitəsilə dövlət başçısına müraciət edənlər sonra yazırlar:

- Cənab Prezident! Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti demək olar ki, idarə edilmir. Bütün özbaşınalıqların başında duran və bunlara rəvac verən Universitetin aqrar sahədən tam xəbərsiz olan rəhbərliyidir. Bunların yəni, rektor əvəzi Zəfər Qurbanovun, tədris işləri üzrə prorektor Əhməd Məlikovun, elmi işlər üzrə prorektor Azad İbrahimovun başı rektorluq uğrunda savaşa qarışıb. Klanlar arasında mübarizə gedir. Bu mübarizədə İnam Kərimov Zəfər Qurbanovu, Mikayıl Cabbarov isə Əhməd Məlikovu dəstəkləyir. Zəfər Qurbanov isə hər vasitə ilə Əhməd Məlikovu aşağılamağa çalışır. Belə ki, o tədris işləri üzrə prorektor olsa da tədris işləri ilə Azad İbrahimov məşğuldur. Əhməd Məlikova isə bir otaq veriblər. Həmin otaqda yazılı imtahanda tələbələrin bileti ilə yazdığı sualları araşdırır ki, görək tələbə imtahanda öz sualını, yoxsa başqa sualı yazıb.
Bu şəxslərə, eləcə də onlarn himayədarlarına çatmır ki, kimin rektor təyin olunması haqqında fərmanı ölkə Prezidenti verir.
Cənab Prezident! Xahiş edirik, kollektivin xahişini nəzərə alaraq təcili tədbir görəsiniz. Sizə inanırıq və böyük ümidlə nəticə gözləyirik.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
272 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...