Obama tərəfini seçdi: Harrisin yanındayıq!

Obama tərəfini seçdi:
ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.

Axar.az xəbər verir ki, bununla bağlı Obama Mişel Obamanın Harris ilə telefon danışığının videosunu X hesabında paylaşıb.

“Mişel və mən səni dəstəklədiyimizi, bu seçkidə qalib gələrək, Oval kabinetə girməyin üçün əlimizdən gələn hər şeyi etməkdən qürur duyacağımızı demək üçün zəng elədik”, - Obama bildirib.

Mişel Obama da Harris ilə qürur duyduğunu deyərək, bunu “tarixi hadisə” kimi dəyərləndirib.

Harris isə Obama cütlüyünə X hesabı üzərindən cavab yazaraq, onların dəstəyinə böyük önəm verdiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...