ŞOK! Ağadadaş Ağayev tanışını baltalayıb?

ŞOK! Ağadadaş Ağayev tanışını baltalayıb?
Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.

Gundeminfo.az News24.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidməti açıqlama yayıb. Bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...