Lənkəranda məsciddən oğurluq edildi

Lənkəranda məsciddən oğurluq edildi



Lənkəran rayon Şağlaser kənd məscidinin içərisindəki nəzir qutusu sındırılaraq içindəki pul oğurlanıb.

Qaynarinfo xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə əməli törədən Zülfi Nəzərli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bundan əvvəl analoji əməllərə görə məhkum olunduğu müəyyən edilib. Belə ki, o əvvəllər Masallıda 1, Lənkəranda 2 məsciddən oğurluqlar edib.

Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...