Dövlət Turizm Agentliyi daha bir tikinti işini “sevimli şirkəti”nə həvalə etdi - FOTO

Dövlət Turizm Agentliyi daha bir tikinti işini “sevimli şirkəti”nə həvalə etdi -
Təmir-tikinti işləri ilə məşğul olan "Promor" Məhdud Məsuliyyətli Cəmiyyəti növbəti dəfə Dövlət Turizm Agentliyinin (DTA) elan etdiyi tenderin qalibi olub.

Pravda.az xəbər verir ki, şirkət bu dəfə agentliyin elan etdiyi tender üzrə Xınalıqdakı tarixi yaşayış evlərinin bərpası ilə bağlı layihə-smeta sənədlərini hazırlayacaq.

Belə ki, bir müddət əvvəl DTA “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Quba rayonu, Xınalıq kəndində yerləşən tarixi yaşayış evlərinin bərpası üçün layihə smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Agentlik tender elan edən zaman layihə smeta sənədlərinin 400 min manata başa gələcəyini ehtimal edib. Amma tenderin sonunda "Promor" şirkəti ilə 257 830 manatla razılaşıblar.

İndi şirkət layihə smeta sənədlərini hazırlayacaq. Növbəti mərhələdə isə DTA bu dəfə bərpa işlərinin reallaşdırılması ilə bağlı tender elan edəcək. Ehtimal olunur ki, DTA Xınalıqdakı tarixi yaşayış evlərinin bərpası işlərini də elə "Promor" şirkətinə həvalə edəcək. Çünki 2020-ci ildə yaradılan "Promor" şirkəti 2022-ci ildə DTA-nın elan etdiyi tenderin ilk dəfə qalibi olub. Həmin vaxtdan bəri agentliyin "sevimli şirkəti"nə çevrilib. Şirkət ilk dəfə agentliyin Kulinariya Mərkəzinin əsaslı təmiri işlərini həyata keçirməyə başlayıb. Bu zaman 618 859,76 manatlıq müqavilə bağlanıb. Daha sonra mərkəzdəki əsaslı təmir üzrə qalıq işlərinin davam etdirilməsi ilə bağlı agentliyin elan etdiyi tenderin qalibi yenə də "Promor" şirkəti olub. Bu dəfə isə 638 675,59 manatlıq müqavilə bağlanıb.
Eyni zamanda, "Promor" şirkəti DTA-nın Abşeron rayonu ərazisində yerləşən Palçıq Vulkanlarının ətrafında müasir turizm infrastrukturunun xarici su təchizatı işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi olub və 429 671,37 manatlıq müqaviləyə imza atılıb.
Dövlət Turizm Agentliyi daha bir tikinti işini “sevimli şirkəti”nə həvalə etdi -

Qeyd: "Promor" şirkəti 2020-ci ilin iyulun 17-də dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi MMC-nin direktoru Həsən Bəkirovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
434 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...