Azərbaycan Dəmir Yolları İdarəsinin əməkdaşında koronavirus aşkarlanıb?

Azərbaycan Dəmir Yolları İdarəsinin əməkdaşında koronavirus aşkarlanıb?

Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşlarından birində koronavirusa yoluxma aşkarlanıb.

Oxu.Az-a daxil olan məlumatda bildirilib ki, QSC-nin Kadrlar Şöbəsinin əməkdaşlarından birinin yeni növ koronavirusa (COVİD-19) yoluxması müəyyənləşdirilib.

Hazırda Azərbaycan Dəmir Yolları QSC-nin mərkəzi binasında iş dayandırılıb və əməkdaşlara bildirilib ki, ən azı bir həftə müddətindən idarə binasına giriş mümkün olmayacaq.

Sözügedən əməkdaşın iş zamanı kimlərlə kontaktda olması müəyyənləşdirilir.

İlkin ehtimallara görə, Kadrlar Şöbəsinin bütün əməkdaşları iki həftəlik karantinə götürüləcəklər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...