Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır

Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır

Gürcüstan quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və turizm naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, bu tarix xarici turistlərin qəbuluna başlanacağı tarixlə üst-üstə düşəcək.

Nazir qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacağını da deyib: “Bu istiqamətdə işlər aparılır. Bu dəhlizlər vasitəsilə turistlər Gürcüstana və Gürcüstandan səfərə yollanacaqlar”.

N.Turnava aviauçuşların bərpası üzrə şirkətlərlə danışıqların aparıldığını da qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...