Sosial evlərin sosial problemləri həll olunmayıb – MİDA-ya “zəng çatmır”

Sosial evlərin sosial problemləri həll olunmayıb –

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA-nın) istifadəyə verdiyi Yasamal Yaşayış Kompleksi ərazisində baxımsızlıq hökm sürür. Belə ki, kompleksin həyətində işıqlandırma sistemləri işləmir, həmçinin mühafizə təşkil olunmayıb.

Sakinlərin Yenisabah.az-a verdikləri məlumata görə, gecələr həyətlərdəki maşınlarından benzin oğurlanır, maşınların təkəri açılır.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən sahə inspektoru, polis mayori Xəyal Məmmədov sakinlər tərəfindən irəli sürülən bu iddiaları təsdiqləyib: “Rəhbərlik ilə normal danışmaq lazımdır, amma əlaqə saxlamaq mümkün olmur, nömrələrini heç kimə vermirlər. Mən də irad bildirmişəm, vəziyyət elə deyildiyi kimidir, nə işıq var, nə mühafizə, heç kim də diqqət ayırmır. Dəfələrlə deyirəm ki, kamera quraşdırın, amma faydası yoxdur. Birinin lifti işləmir, birinin başqa problemi var. Ən əsas problem rəhbərlikdədir, oradakı işçilər fəhlə adamlardır, nə etsinlər? Biz bu məsələ ilə bağlı öz tərəfimizdən Daxili İşlər Nazirliyinə məktub yazmışıq. Dünən gəlib baxdılar. Biz kamera qoyacağıq, lakin bu mərkəzi küçəyə qoyulacaq. MİDA-nın səlahiyyətində olan hissəyə biz kamera qoya bilmirik. Bunu MİDA-ya deyirik, amma eşidən yoxdur”.

Qeyd edək ki, mövcud problemlə bağlı bir neçə dəfə MİDA ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmayıb. Aprel ayının 30-da göndərilən sorğu isə hələ də cavabsız qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...