Gəncədə virusa yoluxma artdı - Şəhər İcra Hakimiyyəti hərəkətə keçdi

Gəncədə virusa yoluxma artdı -

Mayın 4-də Azərbaycanda daha 52 nəfərdə aşkarlanan koronavirus halının 32-si Gəncədə qeydə alınıb. TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejimi tələblərinin ciddi pozulduğunu göstərir.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu gündən etibarən karantin rejiminə nəzarət gücləndirilib:
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, qurumun rəsmiləri Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə reyd keçiriblər. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin və Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmovun iştirakı ilə keçirilərin reyd zamanı sakinlərlə maarifləndirici söhbət aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb.

İnsanların maarifləndirilməsi, tibbi maska və tibbi əlcəkdən istifadə, sosial məsafənin saxlanması məcburi xarakter hal almağa başlayıb. Həmçinin, şəhər sakinlərinə tibbi maskalar paylanılıb”.

H.Məmmədov Gəncə sakinlərini karantin rejiminin qaydalarına əməl etməyə səsləyib:

“Təəssüf ki, bəzi hallarda insanlarımız sosial məsafəni gözləmir, tibbi maska və əlcəkdən istifadə etmirlər. Ümid edirik ki, virusun şəhərimizdən, ölkəmizdən tamamilə yox olması üçün vətəndaşlar qoyulan qaydalara riayət edəcəklər. Biz bu qaydalara əməl etməyə məcburuq və borcluyuq. Çünki söhbət hər birimizin sağlamlığımızdan gedir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...