Ər-Riyad Rusiyanı bazardan çıxarır - Neft savaşı

Ər-Riyad Rusiyanı bazardan çıxarır -

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında olan neft müharibəsi Ər-Riyadın xeyrinə başa çatır.

Axar.az xəbər verir ki, bu məlumatı “Argus” yayıb. İddia edilib ki, neft qiymətlərinə endirimlər və Avropa Birliyinin enerji şirkətlərinin səhmlərinin alışına 1 milyard dollar ayırması sayəsində “Saudi Aramko” illərdir bazarda hökmranlıq edən Rusiya tədarükçülərini sıxışdırmağı bacarıb. Üstəlik, Britaniyanın “Şell”, Fransanın “Total”, Avstriyanın OMV, İspaniyanın “Repsol” və “Cepsa” şirkətləri Səudiyyə neftinin 10,25 dollardan alışını artırmağa başlayıblar.

“Saudi Aramko” şirkəti şimal-qərbi Avropanın ən böyük neft qovşaqlarından biri olan Rotterdam limanı vasitəsilə tədarükü artıraraq apreldə 1,42 milyon tona çatdırıb. Bununla da şirkət mart göstəricilərini 2 dəfə üstələyib.

Bu müddət ərzində Rusiyanın “Urals” neftinin tədarükü 41% azalaraq, 935 min tona düşüb. Polşa praktiki olaraq Rusiyadan dəniz tədarükünü tam dayandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...