Ermənistanda koronavirusa yoluxanların sayı 1 596-ya çatıb, 27 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 1 596-ya çatıb, 27 nəfər ölüb
Ermənistanda daha 73 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 596-ya, pandemiyadan ölənlərin sayı isə 27-yə yüksəlib.

Bildirilib ki, indiyədək 728 nəfər virusdan sağalıb.

Qeyd edək ki, aprelin 23-nə olan məlumata görə, ölkədə bir gündə 50 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 726 000-i ötüb. Bunların 749 888 nəfəri sağalıb, 191 084 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...