Gürcüstana maşını ilə gedənlərin nəzərinə — Əlavə pul ödəyəcəksiniz

Gürcüstana maşını ilə gedənlərin nəzərinə —

Gürcüstan hökuməti ölkədə xarici nömrə ilə gəzən maşınlarla bağlı yeni qərar qəbul edib. “Ölkə.Az” xəbər verir ki, mart ayının birindən 15 gündən az olmayaraq qalmağı planlaşdıran xarici nömrəli avtomobil sahibləri nəqliyyat vasitələrini sığortalamalı olacaqlar. Sığortanın qiyməti nəqliyyat vasitəsindən və sığorta müddətindən asılı olacaq.

Sürücülər sığortanı nəzarət-buraxılış məntəqəsində əldə edə biləcəklər. Nəqliyyat vasitəsini 15, 30, 90 günlük və 1 illik sığortalamaq mümkün olacaq.

Sığorta yol-nəqliyyat hadisəsi zamanı dəyən həm fiziki, həm də maddi ziyanı ödəyəcək. Bundan başqa sağlamlığa dəyən ağır zədənin müalicəsi tam, orta zədə isə 60 və 30% ödəniləcək. Fiziki ziyanın limiti 12.1 min dollar, maddi ziyanın limiti isə 10.1 min dollardır.

Gürcüstanda bundan sonra sığortasız hərəkət edən xarici nömrəli avtomobil və motosiklet sahibləri 40 dollar cərimə ödəyəcəklər. Kənd təsərrüfat texnikası, avtobus və yük maşınlarının bu məsələyə görə cəriməsi 80 dollar təşkil edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...