İmzatoplama kampaniyası necə davam edir? – Prezidentliyə namizədlərlə sorğu

İmzatoplama kampaniyası necə davam edir? –

11 apreldə keçiriləcək prezident seçkilərinə 42 gün qalır. Artıq prezidentliyə namizədliklərini irəli sürmüş şəxslərin təmsil etdiyi qururmlar, siyasi partiyalar imzatoplama kampaniyasının sonuna yaxınlaşmaqdadır. Mərkəzi Seçki Komissiyası (MSK) partiya və ya özləri tərəfindən namizədlərini irəli sürmüş şəxslərə ən azı 40 min imza toplamağı əsas şərt kimi qoyub. Təbii ki, qanunvericiliyə müvafiq olaraq.

Bəs siyasi partiyalarda imzatoplama kampaniyası hansı şəkildə yürüdülür? İndiyə kimi nə qədər imza toplanılıb?

Martın 11-də bütün namizədlər onlara verilən imza vərəqlərini MSK-ya təqdim etməlidirlər. İmzatoplama kampaniyasından son məlumatları əldə etmək üçün prezidentliyə namizədlərlə əlaqə saxladıq. Prosesin gedişi ilə əlaqədar fikirlərini öyrəndik.

İmzatoplama kampaniyası necə davam edir? –


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Calaloğlu hafta.az-a açıqlamasında deyib ki, mərkəzi qərargah əvvəlcədən imzatoplama kampaniyasına 150-200 adam cəlb edib:

“Bundan əlavə, müttəfiqlik etdiyimiz bir neçə partiya da bizim imzatoplama kampaniyamıza aktiv şəkildə qoşulub. Adam başına çox yox, 150-200 imza toplayacağıq. Bu da böyük say deyil. Artıq 60 rayonda, o cümlədən Bakı və Sumqayıt Seçki dairələrində imzatoplama kampaniyasına başlamışıq. Nə qədər imza toplamağımızla bağlı hazırda dəqiq məlumatımız yoxdur. Onu deyə bilərəm ki, bəzi yoldaşlar artıq götürdükləri vərəqləri qaytarıblar. Düşünürəm ki, imzatoplama kampaniyasını müvəffəqiyyətlə başa vuracağıq. Ucqar rayonlarda toplanan imzaların mərkəzi qərargaha çatması üçün hardasa, iki gün vaxt lazımdır. Düşünürəm ki, bu işin öhdəsindən layiqincə gələcəyik. İmzatoplama kampaniyamız bir həftə müddətində başa çatacaq”.

İmzatoplama kampaniyası necə davam edir? –


Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Fuad Əliyevin sözlərinə görə, hazırda imzatoplama kampaniyamızda vəziyyət normal şəkildə davam edir:

“Dünənki məlumata əsasən deyə bilərəm ki, 20 minə yaxın imza toplanıb. İş davam edir. Yəqin ki, bu həftə ərzində imzaların toplanması işini yekunlaşdıracağıq. Bundan sonra toplanmış imzaları özümüz yoxlayacağıq və Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. İmzatoplama kampaniyasına yüzdən çox adam cəlb olunub. Dəqiq rəqəm desəm, 119 nəfərdir”.

İmzatoplama kampaniyası necə davam edir? –


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə bildirib ki, hələlik imza vərəqləri qərargaha qayıtmayıb:

“700-dən artıq imza vərəqi üzvlərimizə paylanıb, əllərdədir. Bir vərəqdə 50 imza toplanmalıdır. Lazım olan qədər imza toplayacağıq. Bu məsələdə problem yaşamayacağıq. İmzatoplama kampaniyasında hər bir üzvümüz fəaliyyət göstərir. İmzalar təkcə partiya üzvlərimizin hesabına toplanmır. Həm də tərəfdarlarımız, təssüfkeşlərimiz, seçkidə iştirakın tərəfdarları olan bitərəflər də bu işdə bizə yardım edirlər. Eyni vaxtda imza toplamaqla təxminən yüzdən artıq adam məşğuldur”.

İmzatoplama kampaniyası necə davam edir? –


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin sözlərinə görə, Mərkəzi Seçki Komissiyası qanuna uyğun olaraq imza vərəqəsini MMP-yə təqdim edib. Həmin imza vərəqlərinin hamısı partiyanın rayon təşkilatlarına paylanıb:

“Artıq rayon təşkilatlarından bəziləri onlara verilən imzaları mərkəzi qərargaha təqdim edəcək. Onların hamısı ilə görüş təşkil edəcəyik. İmza vərəqlərini ilk olaraq özümüz yoxlayacağıq. Ola bilsin ki, ya sabah ya da birisi gün Mərkəzi Seçki Komissiyasına 45 min imzanı təhvil verəcəyik. İmzatoplama kampaniyasına partiya fəallarından 130 nəfər qatılıb. Bizim seçki qərargahının rəhbəri təcrübəli hüquqşünasdır. Ona görə də imzatoplama kampaniyamız çox uğurla keçdi. Rayon fəalları və siyasi fəallarımız çox yaxşı göstərici nümayiş etdirdilər. Heç bir problem yaşamadıq. Artıq imzatoplama kampaniyası yekunlaşmaq üzrədir”.

İmzatoplama kampaniyası necə davam edir? –


Namizədliyi özü tərəfindən irəli sürülən Ağ Partiya (AP) sədri Tural Abbaslı isə qeyd edib ki, imzatoplama kampaniyasını normal hesab etmək olar:

“Amma proses bir qədər ağır gedir. Çünki insanlar özünüsenzura ilə məşğuldurlar. Deyə bilmərəm ki, rayonlarda yerli icra orqanları, polis imzatoplama kampaniyasına xüsusi amansızlıqla mene olur. Amma cəmiyyətin özü özünü senzura edir. İmza vərəqələrinə qol çəkməkdən çəkinirlər. Adlarının hansısa siyahılara düşməsindən çəkinirlər. İnsanların çəkingənliyi imzatoplama mərhələsində böyük problemlər yaradır. Əvvəl imzalar daha rahat toplanırdı nəinki indi. MSK-dan 45 min imza vərəqi təhvil almışıq. Demək olar ki, həmin imza vərəqlərini 60 dairə üzrə paylamışıq. Artıq imza vərəqlərinin toplanmasına başlanılıb. İndiyə kimi dəqiq nə qədər imza toplanıldığını deyə bilmərəm”.

Tural Abbaslının sözlərinə görə, sabahdan imza vərəqlərinin toplanması kütləvi hal alacaq:

“Güman edirəm ki, imza vərəqlərinin toplanmasını vaxtında çatdırıb MSK-ya təqdim edəcəyik. Hələlik proses ağır olsa da davam edir. Biz yeni formalaşan partiyayıq deyə partiya üzvləri əsasən Bakıda cəmləşib. 20-30 nəfər Bakı üzrə işləyir. Digər partiyalardan olan dostlarımız da bizə regionlarda kömək edirlər. Prosesə qarışmayan partiyaların üzvləri də bu işdə bizə yardım etməkdə əllərindən gələni əsirgəmirlər. Bunun da dəqiq siyahısını aparmadığımız üçün bu barədə də dəqiq say deyə bilməyəcəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...