“Xəzər Dəniz Gəmiçiliyi” gömrük qaydalarını pozub? – Qurum məhkəməyə verild

“Xəzər Dəniz Gəmiçiliyi” gömrük qaydalarını pozub? –
Dövlət Gömrük Komitəsi (DGK) “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati protokol tərtib edib.

Qaynarinfo xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Aprelin 24-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçiriləcək.

485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat məbləğində, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. “Xəzər Dəniz Gəmiçiliyi” QSC 2013-cü ildə yaradılıb. ASC-nin İdarə Heyətinin sədri Rauf Vəliyevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
341 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...