Rusiyada daşınmaz əmlakdan ən çox kimlər pul qazanır? – Azərbaycanlılar ilk onluqda

Rusiyada daşınmaz əmlakdan ən çox kimlər pul qazanır? –
Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri “Kievskaya ploşad” şirkəti olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan “Forbes” jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan “Rusiyanın daşınmaz əmlak kralları” adlı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus “Kievskaya ploşad” şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 760 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 160 milyon dollar artıb.
Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan “Evropeyskiy” ticarət mərkəzi (180 min kvadrat metr) və “Fud siti” kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda “Kievskaya ploşad” şirkətinin sərəncamında ümumi sahəsi 2 milyon 254 min kvadrat metr olan ticarət mərkəzləri, 148 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 550 otaqdan ibarət otellər var.
Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci ildə Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.
“Rusiyanın daşınmaz əmlak kralları”nın ilk onluğunda daha bir azərbaycanlı – “Krokus Qrup” şirkətinin sahibi Araz Ağalarov da yer alıb. Araz Ağalarov ötən il icarədən əldə etdiyi gəlirlərini 15 milyon dollar artıraraq 255 milyon dollarlıq gəlirlə 7-ci sıraya yüksəlib.
Qeyd edək ki, Araz Ağalarova məxsus daşınmaz əmlaklara “Krokus Ekspo” (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən “Vegas” ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel və 781 min kvadrat metr sahəsi olan ticarət mərkəzi də var.
2022-ci ildə olduğu kimi ötən ildə də “Daşınmaz əmlak kralları” adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.
Onu da bildirək ki, 2022-ci ildə Zarax İliyev və Qod Nisanovun gəlirləri ikinci sırada olan Samvel Karapetyanın gəlirlərindən 1 milyard dollar çox idisə, ötən il bu fərq 1 milyard 120 milyon dollara yülksəlib.
Rusiyada “Daşınmaz əmlak kralları”nın ilk onluğunu təqdim edirik:

Rusiyada daşınmaz əmlakdan ən çox kimlər pul qazanır? –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
226 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...