Ermənistanda nazir dronu uçmadığı üçün istefa verir

Ermənistanda nazir dronu uçmadığı üçün istefa verir

Yaxın günlərdə Ermənistanın Yüksək Texnologiya Sənayesi naziri Akop Arşakyanın istefası gözlənilir.

Bu barədə “Hraparak” qəzeti xəbər yayıb. Nəşrin məlumatına görə, buna səbəb uğursuz PUA sınağı olub.

Belə ki, nazir Ermənistan istehsalı olan pilotsuz təyyarələrin sınaqlarında şəxsən iştirak etmək qərarına gəlib. Bunun üçün o, heyətlə Gorusa yollanıb. Televiziya kameraları və çox sayda insanın qarşısında nazir dronu havaya qaldırıb, lakin aparat bir neçə metr uçduqdan sonra yerə çırpılıb.

O da vurğulanır ki, nazir uğursuzluqlarda, habelə hərbi sənayenin çökməsində məsul bilinir. Arşakyanın artıq istefa ərizəsi yazdığı və məsələnin bir neçə günə həll olunacağı vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...