Nyu-York merinin etirazlara qoşulan qızı həbs edildi

Nyu-York merinin etirazlara qoşulan qızı həbs edildi

Nyu-York şəhərinin merinin qızı Çiara de Blazio saxlanılıb. Bu barədə ölkənin yerli telekanalı məlumat yayıb.

25 yaşlı Çiara de Blazio afroamerikalı Corc Floydun ölümü ilə bağlı keçirilən nümayişlərdə iştirak etdiyi üçün tutulub.

Xəbərdə qeyd olunur ki, merin qızı Brodvey prospektini bağlayan 100 nəfərə yaxın nümayişçidən biri olub. Etirazçılar polisin dağılışma əmrinə tabe olmaqdan imtina ediblər. Çiara de Blazio ictimai asayişi pozmaqda ittiham olunub.

O, qısa müddət sonra saxlanıldığı təcridxanadan azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
488 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...