Ermənistanda daha bir nazir koronavirusa görə özünü təcrid etdi

Ermənistanda daha bir nazir koronavirusa görə özünü təcrid etdi

Ermənistanın əmək və sosial məsələr üzrə naziri Zarui Batoyan koronavirusa görə özünü təcrid edib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək və Sosial Məsələləri üzrə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Z.Batoyanın köməkçisi, sağ əli sayılan Muşeq Ovsepyan koronavirusa yoluxub. Nazirin ondan yoluxduğu ehtimal edilir.
Qeyd edək ki, ərazi idarəetmə və infrasturktur naziri Suren Papikyan da koronavirusla bağlı özünü təcriddə qalmaqda davam edir.
Məlumata görə, əmək və sosial məsələlər üzrə nazirin müavini Smbat Saqiyanın sürücüsü və nazirliyin aparat rəhbərinin köməkçisi Stepan Maçyanın da koronavirusa yoluxub.
Qeyd edək ki, mayın 21-də Ermənistanda daha 335 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb. Ermənistanda virusa yoluxanların sayı 5 606-ya yüksəlib. Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 70-ə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...