Beş rusiyalı senator koronavirusa yoluxdu və sağaldı

Beş rusiyalı senator koronavirusa yoluxdu və sağaldı

“Ümumilikdə beş rusiyalı senator koronavirusa yoluxub, onların hamısı artıq sağalıb və iş başındadır”.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.


Onun sözlərinə görə, yoluxanlardan heç biri ciddi xəstələnməyib.

“Federasiya Şurasının bəzi işçiləri də xəstələnmişdi”, - o əlavə edib.

Onun sözlərinə görə, hazırda Federasiya Şurasında maska-əlcək rejiminə əməl edilir və müntəzəm olaraq testlər keçirilir.

Daha əvvəl Rusiya Dövlət Dumasında bir neçə deputatın koronavirusa yoluxduğu bildirilirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...