Ermənistanda koronavirusdan ölənlərin sayı 40-a çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 40-a çatdı

Ermənistanda daha 112 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 619-a yüksəlib. Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40 nəfər ölüb. Bundan başqa, indiyədək 1 111 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 646 000-i ötüb. Bunların 1 200 640 nəfəri sağalıb, 252 442 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...