İspaniyada koronavirusdan ölənlərin sayı 25 428-ə yüksəldi

İspaniyada koronavirusdan ölənlərin sayı 25 428-ə yüksəldi

İspaniyada ötən sutka ərzində daha 164 nəfər koronavirusdan ölüb. “Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 428-ə çatıb. Ölkədə koronavirusa yoluxanların sayı isə 217 466-dan 218 011 nəfərə yüksəlib.

Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 580 000-i ötüb. Bunların 1 159 219nəfəri sağalıb, 248452 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...