Daha 151 Azərbaycan vətəndaşı vətənə qaytarıldı

Daha 151 Azərbaycan vətəndaşı vətənə qaytarıldı

“Azərbaycan Hava Yolları” aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.

Martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək, 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir.

Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...