ABŞ əsgərini döyən azərbaycanlı saxlanılıb

ABŞ əsgərini döyən azərbaycanlı saxlanılıb

Litvanın Kaunas şəhərində ABŞ əsgəri azərbaycanlılar tərəfindən döyülüb.

Cebhe.info Timeturk-ə istinadən məlumat verir ki, Litvada NATO-nun “Saber Strike 2018” irimiqyaslı təlimlərinə qatılan ABŞ əsgəri və iki Azərbaycan vətəndaşı arasında gecə saatlarında mübahisə yaşanıb və azərbaycanlılardan biri ABŞ əsgərinin üzünə yumruqla xəsarət yetirib.

Davanın hansı səbəbdən baş verməsi haqda məlumat yoxdur. Qeyd edək ki, ABŞ əsgəri xəstəxanaya yerləşdirilib. Əsgərə xəsarət yetirən Azərbaycan vətəndaşlarından biri isə saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...