Ərdoğan Əsədə "qatil" deməsin, çünki... - Skandal açıqlama

Ərdoğan Əsədə "qatil" deməsin, çünki... -

Ərdoğanın davamlı olaraq Bəşər Əsədi tənqid etməsi, onu "qatil" adlandırması qəbuledilməzdir.

Bunu Türkiyə Vətən Partiyasının sədri Doğu Perinçək deyib.

“Türkiyə Suriya ilə işbirliyi quracağı təqdirdə etibarlı əməkdaş ola bilər. Əgər Ankara Dəməşqlə əməkdaşlıq etsə, nəinki Menbiç, bütün Suriya və İraqın şimalını əhatə edən təhlükəsizlik hərəkatında mühüm irəliləyişlər əldə edəcək”, - Perinçək bildirib.

Türkiyə mediası Perinçəkin bu açıqlamasını təqdim etməklə yanaşı, Bəşər Əsəd rejiminin davamlı olaraq Şərqi Qutada uşaq və qadınları qətlə yetirməsinə diqqət çəkib.(axar.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...