Qurbanqulu 8 martda qadınlara 11,5 dollar hədiyyə verəcək

Qurbanqulu 8 martda qadınlara 11,5 dollar hədiyyə verəcək

Türkmənistan qadınlarına 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Prezident Qurbanqulu Berdiməhəmmədovun adından 40 manat (11,5 dollar) hədiyyə ediləcək.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, pul hədiyyəsini mülkiyyətçilik formasından asılı olmayaraq müəssisə və təşkilatlarda işləyən bütün qadınlar ala biləcək. Həmin vəsait, həmçinin pensiya və dövlət müavinəti alan, aspirantura, doktorantura, kliniki ordinatura və Türkmənistan prezidenti yanında Dövlət Xidməti Akademiyasında oxuyan qadınlara da veriləcək.

Prezidentin sərəncamı tələbə, məktəbli və məktəbəqədər uşaq müəssisələrinin müəllimlərinə də şamil edilir.

Türkmənistanda 8 mart bayramı münasibətilə qadınlara 40 manat hədiyyə verilməsi ənənəsi ölkənin ilk prezidenti Saparmurad Niyazovun dövründən başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...