Bu gecə Türkiyə Suriyaya hücum edəcək?

Bu gecə Türkiyə Suriyaya hücum edəcək?


Suriyanın şimalında baş verənləri diqqətlə izləyən Türkiyə Silahlı Qüvvələri bölgəyə yaxın bütün qoşun birləşmələrini hazırlıq vəziyyətinə gətirib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş Qərargahdan bütün qoşun birləşmələrinə “hazır olun!” təlimatı verilib.

Hərbi mənbələrin məlumatına görə, “F-16” qırıcıları bütün hazırlıqlarını tamamlayaraq döyüş əmrini gözləyirlər. Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 17.00-da) Türkiyə Milli Təhlükəsizlik Şurasının toplantısı başlamalıydı. Toplantıda Suriyaya hərbi müdaxilə ilə bağlı qərarın veriləcəyi gözlənilir. Yeri gəlmişkən, Türkiyə-Suriya sərhədinə 50 min hərbçi cəmlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1232 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...