"Ukraynada genışmiqyaslı hərbi əməliyyatlar başlaya bilər" NATO-nun baş katibi

"Ukraynada genışmiqyaslı hərbi əməliyyatlar başlaya bilər"

“Ukraynadakı münaqişə yenidən genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə qayıda bilər”.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq Ukrayna-NATO komissiyasının müdafiə nazirləri səviyyəsində keçirilən iclasında deyib. “Atəşkəs pozulmaqda davam edir, bunun genişmiqyaslı hərbi əməliyyatlara çevrilmə riski var”, - deyə Y. Stoltenberq bildirib. Stoltenberq qeyd edib ki, NATO hərbi islahatlar, müdafiə imkanlarının artırılması, kiber hücumlardan müdafiə sahəsində Ukraynaya dəstək verməkdə davam edəcək.

“NATO Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir. Öz növbəsində Ukrayna islahatları tam yerinə yetirməlidir”, - deyə o vurğulayıb. Baş katib həmçinin Ukraynanın hava müdafiəsi sahəsindəki uğurlarını xüsusi qeyd edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1279 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...