“Rusiyada aşağıdan dəyişikliklər, mümkün deyil, “saray çevrilişləri” ola bilər”

“Rusiyada aşağıdan dəyişikliklər, mümkün deyil, “saray çevrilişləri” ola bilər”
“Rusiyada Kreml təbliğatçıları Priqojini Qərbin xüsusi xidmət orqanlarının öldürdüyünü yayır. Əslində anlamırlar ki, bu pis versiyadır. Tutaq ki, əgər hətta elədirsə, bu Rusiya elitası üçün çox pis mesajdır. Yəni, sizin təhlükəsizliyinizə təminat yoxdur, Qərb sizi hər yerdə öldürə bilər, Putin sizi qoruya bilmir”.
Yeniavaz.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli social şəbəkə hesabında yazıb.
O bildirib ki, əgər əsas versiya, yəni, Putinin onu cəzalandırdığı doğrudursa, o zaman da elita üçün təhlükəli mesajdır ki, “dəli qoca” kimi istəsə aradan götürə bilər:
“Digər versiya, yəni, Putinsiz Şoyqu və komandası onu aradan götürübsə, bu lap bərbad mənzərədir. Deməli “dəli qoca” hər şeyi və hamını nəzarətdə saxlaya bilmir, yeni ciddi “güc mərkəzi” və ya “Kremlin güclü qülləsi” yaranıb.
Yəni, hər bir halda Priqojin hadisəsi elita üçün çox pis gəlişmədir, “sağqalma instinkti” işə düşə bilər, həmin instinkt isə 1-ci versiya doğrudursa Qərblə münasibətləri yaxşılaşdırmağa, 2-ci və 3-cü versiya doğrudursa “dəli qocadan” can qurtarmağa yönləndirəcək. Uzun sözün qısası, bu hadisə elitanı öz başına çarə qılmağa vadar edəcək ki, bu da Putin üçün heç də yaxşı gedişat deyil. Rusiya kimi ölkədə aşağıdan dəyişikliklər, demək olar ki, mümkün deyil, amma “saray çevrilişləri” ola bilər.
“Priqojin ölməyib, teatrdır”, versiyası da var, açığı, 21-ci əsrdə belə teatr ciddi nəticə verməz, həm də ki, “oyun yanan şama dəyməz”. Ona görə də, ən az ehtimal edilən versiya, məncə, budur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...