"Qanunlar qəbul edirik, amma nəticəsini görmürük"

"Qanunlar qəbul edirik, amma nəticəsini görmürük"
“15 deputat spikerin və ya Əli Hüseynlinin rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə görüş keçirək”.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, sosial sahə ilə bağlı müsbət qanunlara cavab ala bilmirlər: “Təklifim budur ki, İqtisadi siyasət, əmək və sosial siyasət komitələrinin deputatları nazirliklə görüşsün. Onların da arqumentlərini dinləyək. Nazirlikdən nazir Sahil Babayevin rəhbərliyi ilə gəlsinlər, görüş keçirək. Burada müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...