Rza Diqqətinin dronu Şuşada YOXA ÇIXDI

Rza Diqqətinin dronu Şuşada

Dünya şöhrətli fotoqraf Rza Diqqətinin dronu Şuşada itib.

Bu barədə Lent.az-a Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Hasanov məlumat verib.

O qeyd edib ki, dekabrın 5-də işğaldan azad olunmuş Şuşa şəhərində çəkiliş apararkən R. Diqqətinin dronu texniki səbəbdən naməlum ərazidə yoxa çıxıb. Ötən gün ərzində dronun axtarışla aparılıb.

Hətta axtarışlara Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da qoşulub. Aparılan axtarışlar nəticəsində bu gün səhər saatlarında dronun düşdüyü ərazi müəyyən edilib. Dron ərazidən götürülərək sahibinə qaytarılıb.
Rza Diqqətinin dronu Şuşada

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...