Türkiyəyə Su-57-ni satmağa hazırıq - Rusiya

Türkiyəyə Su-57-ni satmağa hazırıq -
Rusiya Türkiyəyə yeni döyüş təyyarələri, o cümlədən Su-57 qırıcılarını tədarük etməyə hazırdır. Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidməti yayıb.

Qeyd edilib ki, türkiyəli mütəxəssislər Rusiyanın təklif etdiyi qırıcıların imkanları ilə artıq tanış olublar:

“Onların hər şey xoşlarına gəlib. Əgər Su-35 üçün müraciət olsa, biz bu məsələ ilə bağlı danışıqların davamına hazırıq. Eyni şeyi Su-57 haqqında da deyə bilərik. Türkiyəli tərəfdaşlarımız maraqlanacağı halda bu mövzuda da işləməyə hazırıq”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...