Prezident daha bir Xalq artistinə ev verdi

Prezident daha bir Xalq artistinə ev verdi
Prezident İlham Əliyev Xalq artisti Fikrət Verdiyevə ev hədiyyə edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış tarzənin xanımı Bəyimxanım Cavanşirova sosial şəbəkədə məlumat verib.

“Prezidentimiz İlham Əliyev Fikrət Verdiyevi Bakı şəhərində möhtəşəm mənzillə təmin etdi. Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət ehtiramla minnətdarlığımızı bildiririk”- deyə B. Cavanşirova bildirib.

Qeyd edək ki, F.Verdiyev Gəncədə “Göygöl” ansamblının yaradıcısıdır və onun Gəncə Dövlət Filarmoniyasının qurulmasında rolu olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
96 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...