Ət buna görə ucuzlaşmır – Yenidən bahalaşacaq?
Bu ilin 9 ayında ölkəyə, ötən ilin müvafiq dövrü ilə müqayisədə, 36,9% faiz çox ət idxal edilib. Statistikaya nəzər salsaq, 2023-cü ildə Azərbaycana 25 milyon 102 min dollar dəyərində 320 min 543 baş diri qoyun idxal edilib, yəni əvvəlki illə müqayisədə say baxımından 65% çox və bu, 125.9 min baş, dəyər baxımından isə 58% və ya 9.2 milyon dollar deməkdir.
Məlumdur ki, Gürcüstan Azərbaycan üçün əsas xırdabuynuzlu heyvan idxalı bazarıdır. 2023-cü ildə Gürcüstandan ölkəyə 16 milyon 414 min dollar dəyərində 218 min 191 baş diri qoyun gətirilib. Əvvəlki illə müqayisədə Gürcüstandan diri qoyun idxalı 24% və ya 42,3 min baş artıb.
2023-cü ildə Gürcüstandan Azərbaycana diri qoyun idxalı ölkəyə gətirilən ümumi qoyun sayının 68%-ini təşkil edib.
İdxalın artmasına baxmayaraq, Azərbaycanda ət qiymətləri ucuzlaşmır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, idxalın çox hissəsi dondurma ət olduğundan bu daxili bazara təsir etmir:
“Ət idxalının artması Azərbaycanın daxili bazarında heç vaxt ucuzlaşmaya gətirib çıxarmayacaq. Bu o vaxt baş verə bilər ki, ölkədə ət istehlakı ifrat dərəcədə azalsın, qəssabxanalarda ət satışı zəifləsin.
İdxalın böyük hissəsi dondurma ətdir. Yalnız Gürcüstan, Qazaxıstan və Rusiyadan diri heyvan gətirilir. Bu isə məhdud miqdardadır. Deməli, daxili bazardakı qiymətlərə təsir edəcək ət bu seqmentə aiddir. Yəni ət qiymətlərini ölkəyə diri idxal edilən heyvanların hesabına dəyişə bilər. Dondurma ətlər isə qiymətlərə təsirsizdir. Bu tip ətlər daha çox dövlət müəssisələrində istifadə olunur. Digər tərəfdən, ət məhsullarının hazırlanmasında da dondurulmuş ətdən istifadə edilir. Məhz buna görə ət məhsulları ətin özündən daha ucuzdur”.
Ekspert qeyd edib ki, ət qiymətlərində ucuzlaşma yalnız daxili istehsalın artımı hesabına mümkün ola bilər:
“İlin sonuna qədər ətin qiymətinin bahalaşması az və çox olmaqla, gözləniləndir. Bundan çıxış yolu ölkədə heyvandarlıqla məşğul olan fermerlərə dəstəyin verilməsi və hansısa formada heyvandarlığın inkişafına nail olmaqdır. Məsələn, işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişafı üçün münbit şərait olsa da, ərazi minadan təmizlənməyib. Ancaq gələcəkdə bu ərazilərdə iri və xırdabuynuzlu heyvandarlığı inkişaf etdirmək olar”.
27 dəfə oxundu