İdris Quliyevin “Qayalı” marketi cərimələndi

İdris Quliyevin “Qayalı” marketi cərimələndi
“Qayalı Bulvar” MMC məcburi auditdən yayındığına görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Qayalı Bulvar” MMC Qayalı Marketlər Şəbəkəsinin tərkibinə daxildir. Marketlər Şəbəkəsi 2010-cu ildən fəaliyyət göstərir. Sahibi İdris Quliyevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
20 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...