Ərdoğandan Öcalana edilən çağırışa reaksiya

Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan MHP sədri Dövlət Baxçalının PKK lideri Abdullah Öcalanla bağlı çağırışına ilk dəfə münasibət bildirib.
Yeniavaz.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə AKP-nin iclasında danışıb.
“Allahın izni ilə terror məsələsini ölkəmizin gündəmindən tamamilə çıxararaq, millətə xidmətlə keçən 40 illik siyasi həyatımızı taclandırmaq niyyətindəyik”, - Ərdoğan deyib.
O MHP sədri D.Baxçalının çağırışını önəmli imkan kimi qiymətləndirib:
“Qardaşlığımızı möhkəmləndirmək üçün bu gün qarşımıza mühüm imkan çıxıb. Hörmətli Baxçalıya əziz millətimin adından təşəkkür edirəm. Dövlət bəy həmişə tarixi, istiqamətverici bir liderdir. Çağırışlarını bu cür oxuyanlar tarixi fürsəti görür və həyacanlanırlar. Ölkə və millət olaraq hörmətli Baxçalının, ittifaqda olduğumuz MHP-nin əlini yox bütün bədənini daşın altına qoyması ilə çox böyük imkan qazandırdı”.
Xatırladaq ki, MHP sədri Dövlət Baxçalı oktyabrın 22-də PKK lideri Abdullah Öcalandan PKK terror təşkilatını ləğv etmək şərtilə ümid haqqına müraciət edərək, Türkiyə Böyük Millət Məclisində (TBMM) DEM Partiya Qrup Toplantısında çıxış etməsi üçün çağırış edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...