Türkiyə Azərbaycandan idxal gömrük rüsumunu artırmayacaq

Türkiyə Azərbaycandan idxal gömrük rüsumunu artırmayacaq
Türkiyə Azərbaycandan idxal olunan bəzi məhsullar üçün gömrük xərclərini artırmayacaq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Resmi Gazete”də dərc olunmuş qərarında deyilir:

“Daxili bazarda yerli istehsalın payını artırmaq və qorumaq məqsədilə, Azərbaycan istisna olmaqla, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan ölkələr üçün distillə edilmiş yağ turşuları, polistirol, polietilen kompaundları, plastikdən hazırlanmış müxtəlif borular, streç film və vinilxlorid polimerdən hazırlanmış lövhələrin idxalında ton başına 50-400 dollar arasında dəyişən əlavə maliyyə öhdəliyi qoyulmasına qərar verildi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...