“Həkim səhv iynə vurdu, ayağım çürüyür” – Şərur sakini

“Həkim səhv iynə vurdu, ayağım çürüyür” –
Şərur rayon Yengicə kənd sakini Teymur Hüseynova xəstəxanada səhv iynə vurulduğundan, hazırda ayağını itirmək təhlükəsi ilə üzləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a onun özü məlumat verib.
Şikayətçi bildirir ki, ona səhv iynəni rayonun mərkəzi xəstəxanasında vurublar:
“Bir neçə həftə öncə ayağıma sim batmışdı. Getdim xəstəxanaya, Ramiz həkim yoxladı, simi çıxardı. Daha sonra bir iynə vurub dedi ki, get evə, heç nəyin yoxdur. Evə gəldim, axşam ayağım göyərdi və şişməyə başladı. Ağrıdan gecə yata bilmədim. Səhər tezdən bir də həkimin yanına getdim. Dedi ki, evə get, bir neçə gün sonra keçəcək. Bir də evə gəldim. Bir neçə gün içərisində göyərmə dizdən aşağı bütün ayağıma yayıldı, ağrılar şiddətləndi. Günü-gündən şar kimi şişirdi. Bir də həkimə getdim, dedi ki, bu vəziyyətdə mən heç nə edə bilmərəm”.
Teymur Hüseynov deyir ki, bundan sonra məcbur qalıb, Naxçıvan Mərkəzi Xəstəxanasına üz tutmalı olub:
“Burada həkimlər dedi ki, ayağıma səhv iynə vurulub. İnfeksiya yayıldığından, çürümə başlayıb. Bahalı dərmanlar yazıblar, almağa maddi imkanım yoxdur. Həkimlər deyir ki, müalicə olmasa, ayağım kəsilə bilər. Məni bu hala salan Ramiz həkim isə yaxına gəlmir. Mən onun məsuliyyətsizliyinin qurbanıyam. Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu haqda tədbir görüb, mənə kömək etsinlər”.
Şərur rayon Mərkəzi Xəstəxanasından Teymur Hüseynovun iddialarına münasibət bildirmək istəmədilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...