Şəhid anasının ad günü - FOTOLAR
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Hüsənli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Əhmədov Fərhad Məhəmməd oğlunun anası Əhmədova İntizar Qədir qızını 70 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid anasının qayğıları ilə maraqlanıb.
İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə vətən üçün Fərhad kimi oğul böyütdüklərinə görə təşəkkür edib, torpaqlarımızın Fərhad kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.
O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə Milli ordumuzun hərbçilərinin Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.
Qeyd edək ki, şəhid Fərhad Əhmədov 1976-cı il yanvar ayının 26-da Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd tam orta məktəbində almış və 1994-cü ilin mart ayında rayon hərbi komisarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmət etdiyi 190 saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1996-cı il may ayının 13-də hərbi tapşırığı yerinə yetirərkən Ağdam rayonun Yusifcanlı kəndi yaxınlığında şəhid olmuşdur.
Subay idi. Tərtər rayonunun Hüsənli kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri Fərhadla bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
525 dəfə oxundu