Navalnı dəfn olundu

Navalnı dəfn olundu
Rusiyada fevralın 16-da 3 saylı islah koloniyasında dünyasını dəyişəm müxalifət lideri Aleksey Navalnı Moskvada dəfn edilib.
Yeniavaz.com Rusiya KİV-ə istinadla xəbər verir ki, əvvəlcə Navalnının cənazəsi Marino rayonundakı kilsəyə gətirilib.
İnsanlar onu alqışlarla qarşılayıblar. Daha sonra siyasətçinin dəfn mərasimi Borisov qəbiristanlığında baş tutub.
Navalnı ilə vidalaşmağa Avropa İttifaqının və ABŞ-nin səfirləri də gəlib. ABŞ səfiri Lin Treysi, Almaniya səfiri Aleksandr Qraf Lambsdorf, Fransa səfiri Pyer Levi və bir sıra digər Aİ ölkələrinin diplomatik nümayəndələri məbəddə görüntüləniblər.
Qeyd edək ki, Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında dünyasını dəyişib. Siyasətçinin cəsədi yalnız doqquz gündən sonra anası Lyudmila Navalnıya təhvil verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...