Ölkədə valyuta satışı 1 milyard dolları keçdi

Ölkədə valyuta satışı 1 milyard dolları keçdi
Bu gün – 22 fevral tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 108,1 milyon dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, 2 gün əvvəl – 20 fevral tarixində keçirilən sonuncu hərrac ilə müqayisədə valyutaya tələb artıb.
Belə ki, 20 fevral tarixində keçirilən hərracda 102,6 milyon dollar satılıb.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 14 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 1 milyard 103 milyon dollar satılıb.

9 yanvar – 74,9 milyon dollar
11 yanvar – 80,4 milyon dollar
16 yanvar – 52,9 milyon dollar
18 yanvar – 58 milyon dollar
23 yanvar – 43,9 milyon dollar
25 yanvar – 42,8 milyon dollar
30 yanvar – 64,2 milyon dollar
1 fevral – 78,7 milyon dollar
6 fevral – 79,7 milyon dollar
8 fevral – 61,4 milyon dollar
13 fevral – 151,5 milyon dollar
15 fevral – 103,9 milyon dollar
20 fevral – 102,6 milyon dollar
22 fevral – 108,1 milyon dollar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...