Şuşa-Laçın yoluna 6 milyon ayrıldı

Şuşa-Laçın yoluna 6 milyon ayrıldı
Prezident İlham Əliyev Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Gundeminfo.az xəbər verir ki, qırx bir kilometr uzunluğu olan Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
161 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...