Yusif Mustafayev əsəbləşdi: "Kişiliyiniz olsun...”

Yusif Mustafayev əsəbləşdi: "Kişiliyiniz olsun...”

"Əgər borc verdiyim adamlar mənim pulumu qaytarmasa, məsələni dövlətimin qanunları çərçivəsində həll edəcəyəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev ondan 120 min manat borc alıb, amma qaytarmayan şəxsdən danışarkən deyib.

Sənətçi borc verdiyi şəxsin kişi, eyni zamanda yaxın dostları olduğunu vurğulayıb:

"Hər dəfə onunla görüşəndə deyir ki, borcunuzu qaytaracağıq. Gəlib evimə, deyib "uşağıma toy edirəm, mənə 2 min manat borc ver”. Ondan heç bir umacağım olmayıb. Pulu verdim dedim ki, toy günü qaytar. Söz verib getdi. İndi bunun üstündən 12 il keçir, düşüblər əl-ayağıma ki, nə olar, bizi biabır eləmə, pulu qaytaracağıq, bizə vaxt ver. Kimə borc olaraq nə vermişəmsə onu geri istəyirəm. İndi həmin pulun mahiyyəti də itib. 10 ildir, bu müddətdə özlərinə hər şərait qurublar, sağlıqlarına qismət, amma mənim də pulumu versinlər. Laqeyid adamlardır, deyirlər ki, "Yusifdir də, nə vaxtsa qaytaracağıq”.

Yusif Mustafayev ondan borc alan şəxsin adını açıqlamaq istəməyib:

"Mənə yaraşmaz, onun adını açıqlayım, pulu zülmlə qazanmışam. Toylarda oxumuşam, camaat kimi sanatoriyaları gəzməmişəm, dincəlməmişəm. Evimdə oturub 5 manatımı manat üstünə qoymuşam. İnsandır, nə deyəsən, verib pis olunca, verməyib pis olmaq daha yaxşıdır. Pulu həmin adama Allah rizası üçün borc vermişəm, əl tutmuşam. Camaat borc verir, üstündə nə qədər faiz alır. Tövbə, tövbə, elə fikir mənim nəslimə, adıma yaraşmaz. İnsafınız olsun, gətirib borcumu qaytarın. Kişi kimi sizə əl tutmuşam, siz də mənə kişi kimi mənim borcumu qaytarın”.

Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayev yaxın dostlarına ümumilikdə 120 min manatdan çox borc pul verdiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...