Qarabağdakı qondarma rejim PA-nın təklifini yenə qəbul ETMƏDİ

Qarabağdakı qondarma rejim PA-nın təklifini yenə qəbul

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.
Yeniavaz.com xəbər verir ki, Qarabağdakı qondarma rejimin "Xarici İşlər Nazirliyi" rəsmi Bakının təklifini şərh edib.
Qondarma rejimin nümayəndələri görüşün Qarabağda baş tuta biləcəyini bəyan ediblər:
“Biz əvvəlki görüşlərin müəyyən edilmiş təcrübəsinə uyğun olaraq, vasitəçilik yolu ilə və Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanlığının yerləşdiyi yerdə Azərbaycan nümayəndələri ilə görüşməyə hazır olduğumuzu bir daha təsdiqləyirik”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 13-də də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün Bakıya görüşə dəvət edib. Lakin təklif qarşı tərəfdən qəbul edilməyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
193 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...